Keçmiş nazir müavini pedofiliya ittihamı ilə həbs edilib

Böyük Britaniya müdafiə nazirinin keçmiş müavini İvor Kaplin pedofiliya şübhəsi ilə həbs edilib.

AzPost xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Məlumata görə, Kaplin azyaşlı oğlanla görüşə gəldiyi Hov şəhərindəki dəmiryol vağzalında həbs edilib.

Polis 66 yaşlı kişinin həbs olunduğunu təsdiqləyib və araşdırmalara başlandığını bildirib. “The Sun” qəzeti yazır ki, Kaplin 2024-cü ilin iyununda dəqiqləşdirilməmiş ciddi ittihamlara görə İşçi Partiyasından xaric edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.