Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb

Piyada
Piyada

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonu Ş. Mehdiyev küçəsində qeydə alınıb.

Məzahir Kərimov idarə etdiyi “Hyundai Grandeur” markalı avtomobillə hərəkətdə olarkən piyada 1961-ci il təvəllüdlü Şaiq Mansurovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.