Sabah AFFA-nın növbədənkənar konfransı keçiriləcək –

affa

Sabah AFFA-nın növbədənkənar Konfransı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, tədbir “Bulvar otel”də baş tutacaq. Konfrans saat 10:00-da başlayacaq. Artıq Konfransın gündəliyi də açıqlanıb. Yığıncaqda əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılmasıdır.

Yığıncaqda həmçinin digər məsələlər də müzakirə olunacaq. Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il 13 dekabr tarixli iclasında qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir