Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Coca-Cola satışdan kütləvi şəkildə yığışdırılır –

User 27 Yanvar 2025 - 23:38 (Last updated: 21 May 2025 - 20:15)
cola

Coca-Cola satışdan kütləvi şəkildə yığışdırılır

 

Qida nəhəngi The Coca-Cola Company-nin törəmə şirkəti olan Coca-Cola Europacific Partners Belgium Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından öz məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib.

AzPost musavat.com -a istindən xəbər verir ki, məlumatı Agence France-Presse yayıb.

Bildirilir ki, geri çağırılmaya səbəb məhsulların tərkibində xloratların miqdarının artıq olmasıdır. Şirkətdən agentliyə bildirilib: “Bizim dəqiq rəqəmlərimiz yoxdur, lakin aydındır ki, söhbət əhəmiyyətli rəqəmdən gedir”.

Tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan Coca-Cola, Sprite, Fanta, Fuze Tea, Minute Maid, Nalu, Royal Bliss və Tropico brendlərinə şamil edilir. Şirkət bildirib ki, problem Gentdə istehsal üçün normativ tələblərə uyğunluğu təmin məqsədilə içkilərinin keyfiyyətinin yoxlanılması zamanı müəyyən edilib.

Agentlik qeyd edir ki, standartlara cavab verməyən məhsulların əksəriyyəti artıq dövriyyədən çıxarılıb və ya bazara buraxılmayıb.

Qeyd edək ki, xlor, xlor dioksid və ya hipoxloritdən içməli suyun, qida istehsalı üçün suyun və qida ilə təmas səthlərinin dezinfeksiyası üçün istifadə edildikdə əlavə məhsul kimi xlorat əmələ gəlir. Bu tip dezinfeksiyaedici qida təhlükəsizliyinin yüksək standartını təmin etmək və riski azaltmaq üçün mühüm vasitə kimi qəbul edilir. Son tədqiqatlar göstərir ki, xlorat qalıqları qida ilə təmas səthlərini və qida emalı avadanlıqlarını yumaq və dezinfeksiya etmək üçün biosidlərdən istifadə edərkən qidaya da daxil olur. Xüsusilə uşaqlarda, hamilə qadınlarda və ya immuniteti zəif olan insanlarda yüksək dozada xloratın həzm sistemi, tiroid funksiyasının pozulması, yod çatışmazlığı və qırmızı qan hüceyrələrinə zərər verməsi riski böyükdür.

Avropa İttifaqı ölkələrində qidalarda xloratın maksimum qalıq səviyyələri müəyyən edilib. Coca-Cola Europacific Partners Belgium-un açıqlamasından belə aydın olur ki, məhsulların tərkibində xlorat qalığı bu səviyyədən yüksəkdir.

Post navigation

Previous: “Çili üzərində gecə” – SİNEMA
Next: Azərbaycan səfiri Rusiya XİN-nə çağırıldı

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 22 Noyabr 2026 - 13:55
kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 22 Noyabr 2026 - 13:55
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı...
Read more about Sabaha olan hava proqnozu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.