Ağcabədidə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb. AzPost xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xatırladaq ki, 1976-cı il təvəllüdlü Həsənov Əkbər Adil oğlu Ağcabədi RPŞ-nə ərizə ilə müraciət edərək fevralın 4-də övladı 2008-ci il təvəllüdlü Adil Həsənovun evdən çıxaraq geri qayıtmadığını bildirib. Araşdırma zamanı Adil Həsənova məxsus “Redmi” markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb. Facebook-da izləyin “TikTok”da izləyin Telegramda izləyin! İnstagramda izləyin! Yazı naviqasiyası “İlin müəllimi” həbs olunub Polis “qanuni oğru”ların toplantısını dağıtdı –