Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırıb

buğda
buğda

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırıb

Son beş ay ərzində (2024-2025-ci illərin sentyabr-yanvar aylarında) Qazaxıstan taxılının Azərbaycana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 88 dəfə artaraq 266 min tona çatıb.

AZƏRTAC Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycana və digər ölkələrə taxıl tədarükünün artması Qazaxıstan taxılının ixrac daşımalarının ümumi artımı fonunda baş verir ki, bu da qeyd olunan dövrdə 47 faiz təşkil edib və ümumilikdə 4,8 milyon tona çatıb.

2024-cü ilin sonuna yaxın 10,6 milyon ton taxıl, o cümlədən bu məhsulun 2,5 milyon tonu ölkə daxilində, 8,1 milyon tonu isə ixrac üçün daşınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.