“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna yeni sədr təyin edilib

rufet mahmud

Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Rüfət Mahmud  2023-cü ildə “SOCAR RUS” MMC-nin (SOCAR-ın törəmə müəssisəsi) baş direktor təyin olunub.

Ondan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri postunu tutub.