Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycanın dini icma rəhbərləri ABŞ prezidentinə müraciət edib

User 18 Fevral 2025 - 12:42 (Last updated: 21 May 2025 - 20:15)
dini icma

Azərbaycanın dini icma rəhbərləri ABŞ prezidentinə müraciət edib

Azərbaycandakı dini konfessiyaların rəhbərləri ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar.

AzPost-un məlumatına görə, müraciətdə deyilir:

Möhtərəm cənab Prezident,

Azərbaycanın dini icmaları adından Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətinizin uğurlu başlaması münasibətilə səmimi təbriklərimizi çatdırmaq bizim üçün böyük imtiyaz və şərəfdir. Bu ali vəzifənizdə Sizə ən xoş arzularımızı, həmçinin, bu ali vəzifəni Sizə etibar edən Amerika xalqına davamlı firavanlıq və rifah diləklərimizi bildiririk.

Müxtəlif dinlərə mənsub insanların tarixən sülh və harmoniya şəraitində birgə yaşayan Azərbaycanın dini liderləri olaraq biz də bu fürsətdən istifadə edərək Sizin Birləşmiş Ştatlarda ənənəvi dəyərlərin qorunması və dini etiqad azadlığının qorunması məsələlərinizə sarsılmaz sadiqliyinizə görə öz dərin minnətdarlığımızı bildiririk. Sizin din, ailə və əxlaq prinsiplərinə qəti sadiqliyiniz bütün dünyada milyonlarla insanlara ümid ümid işığı tutur, diqqətlərin yenidən mənəvi dəyərlərin və əxlaqi bütövlüyün təşviq edilməsinə xidmət edir.

Vətənimiz Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi nadir məkanlardan biridir. Biz fəxr edirik ki, dünyanın bir çox yerlərində islamofobiya, antixristianlıq və antisemitizm kimi etnik, dini və irqi ayrı-seçkiliyin artdığı bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər din ardıcıllarının həmişə harmoniya və firavanlıq şəraitində yaşadıqları bir nümunə kimi çıxış edir.

Azərbaycanda mədəniyyət ocaqları ilə yanaşı məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir. Dövlətimiz bütün dini icmalar üçün bərabər şərait yaradır, onların dini qurumlarını qayğı və himayə ilə dəstəkləyir, onlara mütəmadi olaraq maddi və mənəvi yardım göstərir, ölkənin ictimai həyatında fəal iştirakına təminat verir.

Müxtəlifliyin zəngin irsini qoruyub saxlayan, dini azadlıqları dəstəkləyən, qlobal dinlərarası dialoqda fəal iştirak edən Azərbaycan qlobal sülhə mühüm töhfə verir və nümunə kimi çıxış edir.

Bu dini harmoniyanın xüsusi diqqətə layiq nümunəsi əsrlər boyu təqib və ya ayrı-seçkilikdən azad bir mühitdə inkişaf edən Azərbaycanın yəhudi icmasıdır. Quba rayonundakı tarixi Qırmızı Qəsəbə müsəlman dünyasındakı ən qədim və ən böyük yəhudi icmalarından birinin məskənidir. Burada əaliyyət göstərməyə davam edən sinaqoqlar, məktəblər və mədəniyyət mərkəzləri ilə bu məkan Azərbaycanın dini azadlıqlara sarsılmaz sadiqliyinin sübutudur. Bununla yanaşı Azərbaycan hökuməti xristian və yəhudi dini qurumlarına böyük dəstək verir, onların Azərbaycanın vətəndaş və ictimai həyatında fəal iştirakını təmin edir.

Sizin Ağ Evin İnam Ofisini yaratmaq və keşiş Paula Uayt-Keyni baş məsləhətçi vəzifəsinə təyin etmək qərarınız imanı idarəçilik və ictimai həyata inteqrasiya etmək üçün güclü öhdəliyi əks etdirir. Onun dini etiqad azadlığı, humanitar hüquqlar və mənəvi dəyərlərin müdafiəsində liderliyi Azərbaycanda üstün tutduğumuz prinsiplərə uyğundur.

Biz qarşılıqlı anlaşma və ortaq dəyərləri təşviq etmək üçün Birləşmiş Ştatlardakı liderlər və təşkilatlarla əlaqə qurmağı səbirsizliklə gözləyirik. Ümidvarıq ki, Sizin rəhbərliyiniz altında bütün dünyada dinə əsaslanan icmalar möhkəmlənməkdə, dini azadlıqlar qorunub saxlanmaqda davam edəcək.

Bir daha səylərinizə görə dərin minnətdarlığımızı bildiririk. Qoy Sizin prezidentlik dövrünüz hamı üçün birlik, mənəvi möhkəmlik və rifahın möhkəmləndirilməsində davamlı uğurlarla əlamətdar olsun.

Ən yüksək hörmət və xeyir-dualarla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri 
Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu
Vladimir FEKETE
Roma Katolik Kilsəsinin
Azərbaycandakı Apostol prefekti
Milix Yevdayev
Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudi İcmasının rəhbəri
Robert Mobili
Alban-Udi Xristian Dini İcmasının sədri
Zamir İsayev
Bakıdakı Yəhudi Sefardi Dini İcmasının rəhbəri

Post navigation

Previous: “Rusiya və ABŞ arasında danışıqların nəticələrini tanımırıq” –
Next: “Veysəloğlu” Şirkətlər Qrupu vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
ABŞ Konqresə aralıq seçkilərdən sonra İrana mümkün yeni zərbələr endirməyə hazırlaşır. Vaşinqton bu barədə Fars körfəzindəki ərəb...
Read more about İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib mehriban aliyeva
  • Siyasət

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib

User 29 Oktyabr 2026 - 09:31
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 29 Oktyabr 2026 - 09:20
Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.