Şəhidin oğlu silahdan açılan atəş nəticəsində ölüb

Masallı sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində ölüb.

AzPost APA-ya istinadən bildirir ki, hadisə Masallı rayonunun Qarğalıq kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Ayxan Əzizov qonşusunun evində odlu silahla ehtiyatsız davranıb və silahdan açılan atəş nəticəsində ölüb.

Qeyd edək ki, Ayxan Əzizov Azərbaycan Ordusunun giziri, şəhid Elvin Əzizovun oğludur. Elvin Əzizov Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.