“Global Media”nın saytlarına qarşı növbəti kiberhücum olub

“Global Media Group”a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib.
AzPost bildirir ki, bu barədə şirkətdən məlumat verilib.
Bunun nəticəsində “Report.az”, “Oxu.az”, “Media.az”, “Caliber.az”, “Baku.ws” saytlarının və “Baku TV”nin fəaliyyətində müvəqqəti problemlər yaranıb.
Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.
Qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsi 24 fevral tarixindən etibarən nəzərdə tutulur. Bu müddət ərzində oxucularımız bütün yenilikləri sosial media platformalarındakı səhifələrimiz vasitəsilə əldə edə bilərlər.
Xüsusilə vurğulamaq istərdik ki, bu adi DDoS hücumu deyil, peşəkar şəkildə təşkil olunmuş, yüksək səviyyədə planlaşdırılmış kiberhücumdur. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi məlumat verilib və məsələ onların da ciddi nəzarətində saxlanılır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.