Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaça 10 ay həbs cəzası verilib.
AzPost NTV-yə istinadən xəbər verir ki, məşhur ifaçı qanunsuz mərc oyunları oynama və təşviq etmə iddiaları ilə əlaqədar mühakimə olunurdu.
Müğənni etdiyi cinayətdən peşman olduğunu bildirdiyi üçün həbs cəzası 1 il azaldılıb. Bununla belə ifaçı cəzasını həbsxanada çəkməyəcək.
Eyni zamanda, Sərdar Ortaç 400 TL cərimələnib.