Göygöldə qadın xəstəxanada ölüb.
AzPost APA-ya istinadən bildirir ki, rayonun Murovdağ qəsəbə sakini 1990-cı il təvəllüdlü Cəbrayılova Nuranə Əlibaba qızı 9 aylıq hamiləliklə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Lakin qadın və onun bətnindəki qız bir neçə dəqiqdən sonra xəstəxanada ölüb. Yaxınlarının verdiyi məlumata görə N.Cəbrayılova hamiləlik dövründə daim mərkəzi xəstəxanada müayinələrdən keçib və onun heç bir problemi olmayıb.
Faktla bağlı araşdrıma aparılır. Qeyd edək ki, dünyasını dəyişən N. Cəbrayılova əslən Kəlbəcər rayon sakinidir.
Fevralın 25-də 1990-cı il təvəllüdlü qadın Göygöl Rayon Mərkəzi Xəstəxanasına 39 həftəlik hamiləlik, baş gəlişi, döl qişalarının vaxtından əvvəl cırılması, doğuş fəaliyyətinin I dövrü diaqnozu ilə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ölümün bilavasitə səbəbi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qərarına əsasən veriləcək.