Şəhidlər Xiyabanında hindli gənclərin hərəkəti ilə bağlı Səfirlik BƏYANAT verdi –"Azpost"un xəbərindən sonra XİN və Bakı Polisi araşdırmaya başlayıb

Hindistanın Azərbaycandakı səfirliyi bir qrup ölkə vətəndaşının Şəhidlər xiyabanında klip çəkdirməsinə münasibət bildirib. 

Səfirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu cür davranışlar tərəfimizdən pislənilir.

“Hazırda diplomatik korpus məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işləyir”, – səfirlikdən vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər xiyabanında klip çəkdirib. Görüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb. Klipdə gənclərin qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçdıqları və rəqs etdikləri görünür. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Xatırladaq ki, Azpost.info bu videonu ilk dəfə yayımlayaraq müvafiq qurumlardan məsələyə aydınlıq gətirilməsini istəmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir