Putin 3 yaşdan 7 yaşadək olan uşaqlara aylıq pul verilməsini təklif edib –

15.01.2020 · 14:38 · Baş Yazı, Dünya

Rusiya prezidenti Vladimir Putin  ölkədə 3 yaşdan 7 yaşadək olan hər bir uşağa aylıq pul ödənilməsini təklif edib.

 Azpost.info bildirir ki, bu barədə Putin Federal Məclisə illik müraciətində çıxışı zamanı bəyan edib.  O bu məbləğin 1 yanvar 2020-ci ildən verilməsini vacib sayıb.

Prezident az gəliri olan ailələrin problemlərinə toxunub. Onun sözlərinə görə, əgər gəlirlər aşağıdırsa o zaman ailə birinici və ikinci uşağa görə, əlavə müavinət almalıdır. Bu ortalama 11 min rubl təşkil edir.

Putin deyib ki, Rusiyada azgəlirli ailələrin 80 faizi uşaqlı ailələrdir: “Bizim demoqrafik gələcəyimizə böyük təhlükə yaradan kəskin problem ailələrin aşağı gəlirləridir. Çox vaxt hər iki valideyn işləsə də qazancları  çox aşağı olur” –deyə Putin bildirib.