Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Uşaqların əsas ehtiyaclarını ödəyə bilməyən ailələrin sayı artır

User 27 Mart 2025 - 11:11 (Last updated: 21 May 2025 - 20:15)
usaqlar problemlər

İsveçdə uşaqların əsas ehtiyaclarını ödəyə bilməyən ailələrin sayı artır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırmızı Xaç, “Majblomman”, “Uşaqları xilas edin” təşkilatları və Kirayəçilər Assosiasiyası tərəfindən hazırlanmış birgə hesabatda deyilir. Mənzil, qida və kommunal xidmətlərin artan xərcləri azgəlirli ailələrə daha çox təsir edir.

Araşdırmaya görə, aşağı gəlirli ailələrin orta hesabla altısından beşi yaxın aylarda övladlarını təmin edə bilməyəcəklərindən narahatdır. Valideynlərin təxminən üçdəbiri etiraf edib ki, son altı ayda uşaqlarını doyurmaq üçün özləri azı bir dəfə yeməkdən imtina ediblər.

Tək valideynlər xüsusilə ağır vəziyyətdədir; onların yarısı tam qidalana bilmir, təxminən yarısı yemək, yaşayış və elektrik xərclərini ödəmək üçün pul borc alıb, hər dörd ailədən biri isə vaxtında kommunal xərclərini ödəyə bilməyib.

İqtisadi təzyiq uşaqların sosial təcridinə səbəb olur; onlar dərnəklərdə iştirak edə bilmirlər.

“İsveç Uşaq Hüquqları Konvensiyasına dair öhdəliklərini yerinə yetirə bilmir. Getdikcə daha çox ailə yemək, geyim və yaşayış yeri kimi əsas ehtiyacları təmin etmək üçün kömək istəyir. Valideynlərdən eşidirik ki, maaşlar artıq ən zəruri tələbatları belə ödəyə bilmir. Burada söhbət dəbdəbədən deyil, soyuducunu doldurmaqdan gedir”, – deyə təşkilatların nümayəndələri qeyd edərək, uşaq yoxsulluğunun artmasının qarşısını almağa və hər bir uşağın layiqli həyat hüququnu qorumağa imkan verəcək siyasi həllər tələb ediblər.

Post navigation

Previous: Hamı evini satıb bu əraziyə köçür: Mənzillər su qiymətinə…
Next: Səməndər Rzayevin anım günüdür

Oxşar xəbərlər

tramp f
  • Dünya

“İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı

User 21 Noyabr 2026 - 10:55
der leyen02
  • Dünya

Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək

User 21 Noyabr 2026 - 10:45
S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10

xƏBƏR

chtgpt
  • Media

ChatGPT, yoxsa Claude – Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq

User 21 Noyabr 2026 - 11:05
ChatGPT və Claude süni intellekt sahəsində iki ən böyük addır və son aylarda hər iki platformanın imkanları...
Read more about ChatGPT, yoxsa Claude – Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq
“İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı tramp f
  • Dünya

“İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı

User 21 Noyabr 2026 - 10:55
Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək der leyen02
  • Dünya

Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək

User 21 Noyabr 2026 - 10:45
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib ilham vyetnam
  • Siyasət

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib

User 21 Noyabr 2026 - 10:42
Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.