Nigeriya millisinin futbolçusu Azərbaycan klubundan təklif alıb

Nigeriya millisinin hücumçusu Daniel Sosa karyerasını Azərbaycanda davam etdirə bilər.

Bu barədə ukraynalı jurnalist Mixail Spivakovski məlumat yayıb. Onun sözlərinə görə, 26 yaşlı forvard Azərbaycan klublarının birindən təklif alıb.

Bildirilib ki, Qazaxıstan komandalarından biri də hazırda Ukrayna təmsilçisi “Krivbass”da çıxış edən oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, D.Sosa Nigeriya yığmasının heyətində 24 matçda 8 qolla yadda qalıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.