Magistratura imtahanında iştirak bahalaşıb

İmtahan
İmtahan

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 14 aprel saat 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 10  aprel saat 09:00-dək 6270 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi – 5661; rus bölməsi – 609).

İkinci cəhd imtahanı 2025-ci il mayın 11-də keçiriləcək.

Qeyd edək ki, magistraturaya qəbul imtahanında iştirak 50 manat təşkil edir. Əvvəllər bu məbləğ 40 manat idi.

©modern.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.