3 ayda AZAL 3,8 milyon dollar gəlir əldə edib

Cari ilin yanvar-mart aylarında “Azərbaycan Hava Yolları” QSC-nin ixrac gəlirləri 3,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel sayında  bildirilir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 milyon ABŞ dolları və ya 2,4 dəfə çoxdur.

Belə ki, 2024-cü il yanvar-mart aylarında “Azərbaycan Hava Yolları” QSC-nin ixrac gəlirləri 1,6 milyon ABŞ dolları idi.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.