ADNSU-da yanğın olması barədə məlumatlar yalandır –

21.01.2020 · 22:52 · Sosial

FHN ADNSU-da yanğın olması barədə yayılan məlumatlara münasibət bildirib.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva açıqlamasında bildirib ki, bu gün axşam nazirliyin “112” xidmətinə ADNSU-da yanğın olması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında hadisə yerinə yanğınsöndürənlər çıxıb. Lakin məlumat təsdiqini tapmayıb: “Yanğın olması barədə yayılan məlumatlar yalandır”. (APA)