Paytaxtın Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindəki səki diqqət çəkir. AzPost xəbər verir ki, bu barədə vətəndaşlardan biri foto göndərib. Belə ki, səkidə piyadaların yolu kəsilib. Burada zibil atılması üçün yer, telefon dirəyi, trasformator, hətta köhnə geyimlərin qoyulması üçün sosial qutu da var.
Təyinatından kənar olaraq bütün məqsədlərə xidmət edən səkidən yalnız piyadalar istifadə edə bilmir. Fotonu təqdim edirik: