İcra hakimiyyətindən “Geniş ürəkli səki” ilə bağlı AÇIQLAMA

Nəsimi
Nəsimi

Dünən AzPost paytaxtın Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindəki səki ilə bağlı yazı dərc etmişdi. “Bakının “Geniş ürəkli səkisi” –Piyadalar xaric, hər məqsəd üçün istifadə edilir” adlı yazıda bildirilirdi ki, səkidə piyadaların yolu kəsilib. Burada zibil atılması üçün yer, telefon dirəyi, trasformator, hətta köhnə geyimlərin qoyulması üçün sosial qutu da var. Təyinatından kənar olaraq bütün məqsədlərə xidmət edən səkidən yalnız piyadalar istifadə edə bilmir.

Nəsimi rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirib. Açıqlamada qeyd olunur ki, sözügedən ünvanda yerləşən kontiner meydançasına qoyulmuş kontinerlər piyadaların hərəkətinə heçbir maneçilik yaratmır. Onların arxa hissəsində yerləşdirilən telefon dirəyi və trasformator isə Nəsimi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində deyil. Ərazidə digər münasib yer olmadığını nəzərə alaraq kontinerlərin başqa bir yerə yerləşdirilməsi mümkün olmadığını bildiririk.

Digər qurumların da məsələyə münasibət bildirməsi yaxşı olardı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.