Bu universitetə sənəd vermək istəyənlərin nəzərinə –Təhsil haqqını artırırlar

Təhsil
Təhsil

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.

Bu barədə universitetlərdən məlumat verilib.

Qeyd edək ki, 2023–2024-cü tədris ili özəl universitetlərin təhsil haqlarında müəyyən artımlarla yadda qaldı. Artımların bu il də davam edəcəyi gözlənilir.

Bakı Biznes Universitetindən verilən məlumata görə, təhsil haqqında ən azı 15-20 faiz artım olacaq. “Bu ildən qəbul olunan dövlət xərcləri də artırıldığı üçün təhsil haqqının da artması normaldır. Yaxın günlərdə Elm və Təhsil Nazirliyi tərəfindən yeni plan yerlərinin təsdiqindən sonra qiymətlər haqqında dəqiq məlumat veriləcək”-deyə ali təhsil müəssisəsindən bildirilib.

KooperasiyaXəzər və Azərbaycan universitetlərində isə 2024-2025-ci il təhsil illərində təhsil haqları ilə bağlı artım nəzərdə tutulmayıb.

Odlar Yurdu Universitetindən verilən məlumatda isə bildirilib ki, Elm və Təhsil Nazirliyinə göndərilən plan yerləri və yeni ixtisasların təsdiqindən sonra ödənişlərin artırılıb-artırılmamasına baxılacaq.

Qeyd edək ki, ötən tədris ili müddətində Xəzər Universitetində ixtisasdan asılı olaraq illik təhsil haqları 2500 manatdan 4000 manata qədər dəyişir. Azərbaycan Universitetində bu məbləğ 2000 manat, Bakı Biznes Universitetində isə 2500 manat təşkil edir. Odlar Yurdu və Azərbaycan Kooperasiya universitetlərində də təhsil haqları 2000–2200 manat arasında müəyyən olunub.

©modern.az

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.