Biləsuvar sakinini beşinci dəfə ilan sancdı

Ramal Əzizağa oğlu Cəbrayılzadə
Ramal Əzizağa oğlu Cəbrayılzadə
Biləsuvar sakinini beşinci dəfə ilan sancdı.
Oxu.az xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində baş verib.
Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Ramal Əzizağa oğlu Cəbrayılzadə həyətyanı sahədə ot toplayarkən onu ilan sancıb.
Zərərçəkən dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib, ilan əleyhinə zərdab vurulub.
Ramal Cəbrayılzadənin atasının sözlərinə görə, bununla beşinci dəfədir ki, oğlunu ilan sancır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.