Azərbaycanda dünya çempionatı- İdmançılar Bakıya gəldilər

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.

AzPost xəbər verir ki, ilk gündə 8 matç keçiriləcək.

A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

Dünya çempionatı

Qrup mərhələsi

I tur

21 may

 

A qrupu

20:30. Azərbaycan – Bəhreyn

23:00. Mavritaniya – Sloveniya

 

B qrupu

09:15. Fransa – Çad

21:45. Rumıniya – Özbəkistan

 

C qrupu

10:30. Macarıstan – Türkiyə

13:00. Ukrayna – İngiltərə

 

D qrupu

11:45. Bolqarıstan Portuqaliya

14:15. Slovakiya – Hindistan

 

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.