Qu quşu Trampın dostuna hücum etdi– Qolf meydanında qəribə olay (FOTO)

Stiv Vitkoff
Stiv Vitkoff

ABŞ-ın prezidenti Donald Tramp qolf oynamağın təhlükəli ola biləcəyini iddia edib. AzPost xəbər verir ki, o, “Truth Social” platformasında müttəfiqi və iş ortağı Stiv Vitkoffun qu quşu tərəfindən hücuma məruz qaldığını əks etdirən görüntünü paylaşıb.

Tramp paylaşımında bildirib ki, hadisə Bedminster qolf klubunda baş verib: “Mən həmişə demişəm ki, qolf təhlükəli idmandır – dostumu dişləyiblər”.

Şəkildə qu quşunun Vitkoffun qasıq nahiyəsini çimdiyi və onun özünü quşun təsirindən azad etməyə çalışdığı əks olunub. Hadisənin görüntüləri Trampın tərəfdarları və mediada geniş müzakirələrə səbəb olub.

Qu quşunun aqressiv davranışına nə səbəb olduğu dəqiqləşməyib. Vitkoff hazırda Trampın yaxın çevrəsində olan tanınmış iş adamlarından biri hesab olunur. Onun hadisədən sonra xəsarət almadığı bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.