“Harri Potter” serialında baş rolları oynayacaq uşaqların adları rəsmən açıqlanıb.
AzPost bildirir ki, bu barədə Variety” nəşri məlumat yayıb.
Mayın 27-də açıqlanan məlumata görə, əsas rollarda çəkilən hər üç uşaq yenidir.
Harri Potteri Dominik Maklaflin, Germiona Qreynceri Arabella Stenton, Ron Uizlini isə Alaster Stout ifa edəcək.
Seçimlərdə 30 mindən çox uşaq iştirak edib. Çəkilişlər bu yay İngiltərədə başlayır.
“Bu üç unikal aktyorun istedadı heyrətamizdir və biz dünyanın onların sehrini ekranda birlikdə görməsini səbirsizliklə gözləyirik. Dinləmələrdə iştirak edən bütün on minlərlə uşağa təşəkkür etmək istərdik. Bu qədər gənc istedadı kəşf etmək əsl zövq idi,” -deyə şoumen Francesca Gardiner və icraçı prodüser və rejissor Mark Mylod bildirib.
Layihəyə Con Litqou (Albus Dambldor), Canet McTeer (Minerva McGonagall), Paapa Essiedu (Severus Snape) və başqaları qoşulub. Serialın müəllifləri Francesca Gardiner və Mark Myloddur.
Serialın dəqiq buraxılış tarixi daha sonra açıqlanacaq.