Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Trampın ən yaxın adamı olan senator Bakıya niyə gəlib? –

User 29 May 2025 - 14:31 (Last updated: 29 May 2025 - 14:31)
ilham abs senat
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Bakıya gələn ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi Prezident Donald Trampın ən yaxın tərəfdarlarındandır”.
AzPost bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, 1984-cü ildən Respublikaçılar Partiyasının üzvü olan Stiv Deynsi 2012-ci ildə Nümayəndələr Palatasına, 2014-cü ildə isə Senata seçilib. Bundan əvvəl isə o ABŞ-ın aparıcı texnoloji şirkətlərində çalışıb. Donald Tramp ötən il Prezidentliyə namizədliyini irəli sürəndən sonra onu Konqres üzvlərindən ilk dəstəkləyən məhz Stiv Deynsi olub. Bu səbəbdən Ağ Ev sahibi xarici və təhlükəsizlik siyasətində Stiv Deynsinin imkanlarından istifadə edir.
“Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Kiyevə gedən ilk konqresmen Stiv Deynsi olub. Senator Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində törətdikləri qətliamla yerindəcə tanış olub. Bu səbəbdən senator Rusiya Prezidenti Vladimir Putinin sərt tənqidçilərindəndir. O Ukraynaya hərtərəfli hərbi dəstəyin tərəfdarlarından biridir”.
Bəs senatoru Bakıya gətirən səbəblər hansılardır?
Birincisi, Stiv Deynsi Azərbaycan-Ermənistan danışıqlarının və iki ölkə arasında sülh sazişinin imzalanması ilə maraqlanıb. Böyük ehtimalla bu məsələdə Vaşinqtonun hansı rol oynaya biləcəyi də onun diqqət mərkəzində olub.
İkincisi, ABŞ Konqresini narahat edən mövzulardan biri Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını artıması ehtimalıdır və mümkündür ki, Stiv Deynsi bu mövzuyla bağlı da Azərbaycan rəsmilərinin mövqeyini öyrənib.
Üçüncüsü, Stiv Deynsi Azərbaycan-İsrail əməkdaşlığının mövcud vəziyyəti ilə maraqlanıb. Təsadüfi deyil ki, amerikalı senator Bakıda İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb. Görüşdə İsrail-Azərbaycan münasibətlərinin regional sülhə töhfəsi, habelə Amerika xalqının maraqlarına uyğun güclü iqtisadi və təhlükəsizlik tərəfdaşlığının davam etdirilməsi ilə bağlı ortaq məqsəd və prioritetlər müzakirə olunub.
“Vaşinqton Azərbaycan-İsrail əməkdaşlığından məmnundur. Önəmli olan bu amilin amerikalı konqresmenlərin əksəriyyətinin anlaması və nəhayət ki, Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin ortadan qaldırılmasıdır. Əlbəttə, bir senatorun Azərbaycana səfəri ilə bu məsələ həll olunmayacaq. Hər halda Bakıda görüşlər keçirən Stiv Deynsi geri qayıtdıqdan sonra Azərbaycanla əməkdaşlığın Amerika Birləşmiş Ştatlar üçün faydalı olacağını həmkarlarına anladacaq”deyə politoloq vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Apple iOS 19-u təqdim etməyəcək: səbəbi açıqlandı
Next: Bu balığın kiloqramını Çilidən 7, Türkiyədən 16 manata alırıq

Oxşar xəbərlər

ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.