BDU-da kadr dəyişikliyi

modern.az_1563439302_1563431794_0001_632

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

Modern.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir