Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır

User 19 İyun 2025 - 10:38 (Last updated: 19 İyun 2025 - 10:38)
637x400

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə şəhid övladları üçün 4-cü “YAŞAT” yay düşərgəsi təşkil olunub. “YAŞAT” Fondunun təşkilatçılığı ilə keçirilən layihə ümumilikdə 500-dən çox şəhid övladını əhatə edir.

Düşərgədə “Bakcell” tərəfindən Azərbaycanın milli qüruru olan şəhid övladlarına “İnnovasiya və süni intellekt” mövzusunda təlim keçirilib. Təlimin məqsədi uşaqlara süni intellektin gündəlik həyatda necə tətbiq olunduğunu göstərmək və onları texnoloji yeniliklərlə tanış etmək olub. Tədbir zamanı praktiki nümunələr, öyrədici oyunlar vasitəsilə iştirakçılara süni intellektin iş prinsipi sadə və maraqlı şəkildə izah olunub. İnteraktiv formada təşkil olunan təlim sual-cavab sessiyası ilə yekunlaşıb.

Bu təşəbbüs “Bakcell”in dayanıqlılıq və korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindəndir. Şirkət gələcək nəsillərin inkişafı üçün sosial layihələr həyata keçirməyə davam edir və bu sahədə fəaliyyətini uğurla genişləndirir.

“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” “YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq “NEQSOL Holding” və “YAŞAT” Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

AzPost.az

Post navigation

Previous: “Tramp İranla müharibə üçün Konqresdən icazə almalıdır”
Next: Paşinyan Rusiyanın daha bir adamını sıradan çıxartdı

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.