Tramp Fələstinlə bağlı 80 səhifəlik planını açıqladı –Qüds İsrailin bölünməz paytaxtı kimi qalacaq

ABŞ prezidenti Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün təklif etdiyi “əsrin müqaviləsini” açıqlayıb.

Azpost.info bildirir ki, Tramp bəyanatında deyib ki, o, fələstinlilərə öz dövlətini qurmaq üçün tarixi şans verir.

“Mən istəyirəm bu saziş Fələstin üçün yaxşı olsun. Bu günkü müqavilə fələstinlilərə öz dövlətini qurmaq üçün tarixi imkandır. 70 ildən sonra bu onların sonuncu imkanı ola bilər. Bundan sonra çətin ki, belə imkan olsun”.

ABŞ prezidenti deyib ki, əgər fələstinlilər razılaşsalar öz ərazilərini iki dəfə artıra biləcəklər.

Tramp “əsrin müqaviləsi”ni Ağ Evdə İsrailin baş naziri Netanyahu ilə birgə açıqlayıb.  O deyib ki, 80 səhifəlik bu sənəd münaqişə ilə bağlı ən detallı sənəddir.  “Bu gün İsrail sülhə doğru böyük addım atır”-deyə Tramp bildirib.

ABŞ prezidenti deyib ki, fələstinlilər “yaxşı həyat yaşamağa haqları var amma terrorçu fəallığın tələsinə düşüblər.

Plana əsasən Qüds (Yerusəlim) İsrailin bölünməz paytaxtı kimi saxlanılacaq.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir