Azərbaycanda koronavirusla bağlı İşçi Qrupu yaradıldı- Rəsmi açıqlama

Azərbaycanda koronavirusla bağlı bu gün İşçi Qrupu yaradılıb”.

Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib.

O deyib ki, İşçi Qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kimi qurumların nümayəndələri daxildir: “Bu qurumlar bir-birləri ilə əlaqəli işləyirlər”.

Xatırladaq ki, İşçi qrupun yaradılması ilə bağlı qərar yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün keçirilən müşavirədə qəbul olunub(report).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir