Azərbaycan və Ermənistan XİN başçıları arasında Cenevrə danışıqları başa çatdı

Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən danışıqlar başa çatıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan “Facebook”da bildirib.

Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edirlər.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar dünəndən etibarən başlayıb, danışıqların ilk mərhələsi 7 saat davam edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir