Bu il neçə məktəbin təmiri yekunlaşacaq?

2025-ci il investisiya büdcəsi çərçivəsində 15 təhsil müəssisəsində təmir-tikinti işlərinin yekunlaşması nəzərdə tutulur.

Bu barədə TElm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, cari ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə ayrılmış müvafiq xərclər hesabına 779 təhsil müəssisəsində təmir işlərinə başlanılıb.

“Bundan başqa 629 məktəbəqədər təhsil müəssisəsində də təmir işləri aparılır”,- məlumatda qeyd edilib.

Qeyd edək ki, 2024-cü ildə ümumilikdə ölkə ərazisində 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri başlanıb, 33 məktəbdə işlər yekunlaşdırılaraq istifadəyə verilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.