“Zəngəzur dəhlizi” ilə bağlı Azərbaycan nümayəndə heyəti Moskvada görüş keçirəcək

Rusiya baş nazirinin müavini Aleksey Overçuk  gələn həftə Azərbaycan nümayəndə heyəti ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bloklanması məsələsini müzakirə edəcək.

AzPost TASS-a istinadən bildirir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Mənim də gələn həftənin sonunda Azərbaycan tərəfi ilə görüşüm var. Biz bu məsələlərə [Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına] da orada baxacağıq. Beləliklə, irəliləyiş gedir”.

Baş nazirin müavini bildirib ki, Azərbaycan tərəfi ilə görüş Rusiyada baş tutacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.