Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Qarabağ”ı Azərbaycan olaraq nəzərə almayaq, əcnəbi oyunçuları var” –

User 28 Avqust 2025 - 01:12 (Last updated: 28 Avqust 2025 - 01:12)
ferentsva mesqci

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Robbi Kin jurnalistlərin suallarını cavablandırdı.

AzPost Futbolpress.az -a istinadən müsahibəni təqdim edir:

– İlk oyundan sonra bu matçla bağlı iddialı danışmışdınız, ancaq nəticə olmadı. Belə danışmaq sizin tərzinizdir, ya Bakıda qələbə qazanacağınızı düşünürdünüz?
– Qələbəyə inanırdıq. Bilirdim ki, çətin oyun olacaq. Oyunçularıma, nəticə qazanacağımıza inanırdıq. Bir qolla uduzduq. Çətin matç oldu. Rəqibi təbrik edirəm. Yaxşı komandaya uduzduq. İmkanlarımız oldu, hədəfə doğru irəliləyirdik, amma təəssüf ki, alınmadı.

– Özünüzü necə hiss edirsiniz?
– Yaxşı vəziyyət deyil. Məğlubiyyəti sevmirəm. Baş məşqçi kimi məğlub olmaq mənimçün ağırdır. Futbolçular istəkli idi. Oyunçularım əllərindən gələn hər şeyi etdilər. Mübarizə aparmaq, qalib gəlmək, iddialı olmaq lazımdır. Bəzi hallarda qələbə alınmır. İdmanda bu nəticələr var. Axmaq qollar buraxdıq. Təhlillər aparacağıq, səhvlərimizə baxacağıq. Bəzi anlarda rəqibə “hədiyyə” də verdik.

– Kadi Borgesin əlinizdən çıxdığına görə təəssüf hissi keçirdiniz?
– Kadi yaxşı oyunçudur, təzyiqlər edir. Onunla çox vaxt keçirməmişəm. Bəlkə də, iki həftə işləmişik. Kifayət qədər vaxtımız olmayıb. Yaxşı oyunçularımız var. Aleks Tot matçdan öncə xəstələnmişdi, bundan əlavə itkilərimiz var idi. Keyfiyyətli oyunçulara sahibik.

– Futbolçu kimi emosional biri olmuşunuz. Baş məşqçi kimi də qollara çılğın reaksiyalar verirsiniz…
– Nə üçün belə düşünürsünüz? Normaldır.

– Futbolçulara baxıb hərəkətlər edirdiniz. Buna görə sual verdim…
– Emosional olmalıyam. Qol vururuqsa, emosional olmalıyıq. Siz də qol verəndə sevinirsiniz, hər kəs skamyadan çıxır. Sizin məşqçiniz qollara sevinmirdi? Məşqçinin robot olmağını istəyirsiz? Bizim də emosiyalarımız var. Həm oyunçular, həm də baş məşqçi qollara emosional reaksiya verə bilər. Bu cür suallarda ehtiyatlı olmaq lazımdır.

– Baş məşqçilər dəyişir, amma “Ferentsvaroş” “Qarabağ”ı keçə bilmir. Düşünmürsünüz ki, “Qarabağ” lənətiniz var?
– Səhv etmirəmsə, ikinci dəfədir uduzuruq. Futboldur. Bunlar məşqçi ilə əlaqəli deyil. Futbol kollektiv oyundur. Vəziyyəti sorğulaya bilmərəm.

– Komandanıza və özünüzə hörmət etməyi bacardınız. Bu “Qarabağ” Çempionlar Liqasında nələr edə bilər?
– Artıq məni maraqlandırmır. “Qarabağ”a uğurlar arzu edirəm. “Qarabağ”ın növbəti oyunları məni maraqlandırmır.

– Mərhələ keçmək üçün nə çatmadı?
– Bəzi hallarda geniş aspektdən baxmaq lazımdır. Büdcə məsələsi və digər məsələlər var. Geniş aspektdən baxmaq lazımdır. Bəlkə də, bəxtimiz gətirmədi. Yaxşı başlamışdıq, gəldiyimdən bəri müəyyən insanlarla düzgün işlər görmüşük. Bunlar vacib şeylərdir.

– Sakit başla düşünsək… Böyük futbol ölkəsinin nümayəndəsi Robbi Kinin kiçik futbol ölkəsi Azərbaycan təmsilçisinə məğlubiyyətini necə şərh etmək olar?
– Bunların karyeramla bağlı əlaqəsi yoxdur. Karyeram önəmlidir, amma indi baş məşqçiyəm. Robbi Kini unutmaq lazımdır. Bunlar artıq Kinin şousu deyil, komanda işidir. Təbii ki, milli komanda haqda da eyni şeyi demək olar. Bizim heyətimizdən 6 futbolçu Macarıstan millisindədir, sizdə isə 3 oyunçu səhv etmirəmsə. Sizin heyətinizdə legionerlər var. Təbii ki, bunlar mənim ölkəmlə bağlı deyil. “Qarabağ”ı Azərbaycan olaraq nəzərə almayaq, çünki heyətlərində əcnəbi oyunçular da var.

– Bakını gəzə bildiniz?
– Çox yox. Yaxşı binalarınız, küçələriniz var. Bakı gözəl şəhərə oxşayır.

– Stadionun durumu oyununuza necə təsir etdi?
– Qələbə qazanmışıq, təsir etmədi. Ümumi hesabda uduzsaq da, bugünkü oyunda qalib olduq. Arena ilə bağlı mütəxəssislərlə danışmaq lazımdır, mənimlə yox.

AzPost.az

Post navigation

Previous: Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır
Next: Valideynlər övladlarının intiharında ChatGPT-ni ittiham edib

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.