Arılar stadiona hucum etdi, oyun dayandı

Futbol
Futbol

Tanzaniyada Kvaraa stadionunda keçirilən futbol üzrə yoldaşlıq matçı arıların meydana dolması ilə əlaqədar dayandırılıb.

Bu barədə “Afrizum” nəşri yazır.

Nigeriyanın “Siti Abuca” klubu ilə Zənzibarın “DJKU” klubu arasında keçirilən matç oyunun 78-ci dəqiqəsində yarımçıq qalıb.

Stadion yaxınlığındakı ağacdan qalxan arı sürüsü meydanın üzərində uçuşmağa başlayıb. İş o həddə çatıb ki, oyunçular, o cümlədən, hakim briqadası arı hücumundan qorunmaq üçün qazona uzanmağa məcbur qalıb.

Bir neçə dəqiqədən sonra, sürünün dağılışmasının ardından hər iki komanda matçı hər hansı başqa insident yaşanmadan davam etdirib. Oyun 2:1 Nigeriya klubunun xeyrinə bitib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.