Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Zəngəzur dəhlizi Prezident İlham Əliyevin adını daşıyacaq” –

User 09 Sentyabr 2025 - 12:59 (Last updated: 09 Sentyabr 2025 - 12:59)
eli ehmedov

İnanıram ki, Zəngəzur dəhlizi Prezident İlham Əliyevin adını daşıyacaq.

APA xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasda parlament sədrinin birinci müavini Əli Əhmədov deyib.

Əli Əhmədov Azərbaycanın yeni tarixinin yaradıldığını söyləyib: “Biz hamımız da yaradılan yeni parlaq səhifələrə şahidik. Azərbaycan və Prezident İlham Əliyev sadəcə, Azərbaycanın yeni tarixini yaratmaqla kifayətlənmir, eyni zamanda regionun yeni tarixini yaratmaq missiyasını öz üzərinə götürüb. Hər bir dövlətin qüdrətini göstərən 3 amil var. Bura ölkənin iqtisadiyyatı, ordusu , diplomatiyası daxildir. Diplomatiya sahəsində əldə olunan nailiyyətlər daha çox şəxsiyyət və lider amilinə istinad edir. Eyni zamanda bu, Azərbaycanın ABŞ-la əlaqələrinin yeni keyfiyyət mərhələsinin inkişafıdır, Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyasının daha da genişlənməsinə gətirib çıxaracaq. Bu görüşdə Zəngəzur dəhlizinin həyata keçirilməsi üçün beynəlxalq zəmanət əldə edildi. Azərbaycan diplomatiyasının ən parlaq zirvəsi Vaşinqton görüşləri və burada əldə olunan nailiyyətdir. Vaşinqtonda əldə edilən böyük diplomatik qələbənin yeganə müəllifi Prezident İlham Əliyevdir. Zəngəzur dəhlizi yeni tarixin çox vacib layihəsi olacaq. İnanıram ki, Bakı-Tbilisi-Ceyhan kəməri Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı kimi uzun illər Azərbaycana, Azərbaycan xalqına və Azərbaycan dövlətinə xidmət etməli olan Zəngəzur dəhlizi də Prezident İlham Əliyevin adını daşıyacaq”.

AzPost.az

Post navigation

Previous: Vurub qaçma hadisələri:
Next: Krediti vaxtından əvvəl bağlayıb digər krediti necə götürmək olar? –

Oxşar xəbərlər

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53

xƏBƏR

rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Rusiya və Ukrayna nümayəndə heyətləri 10-11 noyabr tarixlərində ABŞ-nin vasitəçiliyi ilə münaqişənin həlli üzrə danışıqların yeni mərhələsinin...
Read more about Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi? rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.