Tramp yas yerində İlon Maskla barışdı –"Sənin üçün darıxmışam" /VİDEO

ABŞ prezidenti Tramp və milyarder İlon Mask görüşüb.

AzPost bildirir ki,  Mask Qlendeyldə öldürülən Çarli Kirkin anım mərasimində iştirak edən Trampın yanına gəlib və onunla görüşüb. Bu barədə görüntüləri “Fox Nevs” yayıb.

Dodaqların vəziyyəti ilə danışıqları izah edən ekspertin mediaya verdiyi məlumata görə, görüş  zamanı Tramp Maskı “Necəsən?” sualını verib. Sonra əlavə edib: “İlon, eşitdim ki, sən danışmaq istəyirsən. Gəlin düz yola necə qayıda biləcəyini həll etməyə çalışaq”.

İlon Mask cavabında başını təsdiqləyici formada tərpədib. Tramp isə onun qoluna tutaraq “sənin üçün darıxmışam” deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.