BMT-də Trampın qalxdığı eskalator xarab oldu –VİDEO

ABŞ Prezidenti BMT-nin binasında kurioz hadisə ilə üzləşib. 

AzPost bildirir ki, Tramp və həyat yoldaşı Melani iclas zalına qalxmaq üçün eskalatora yaxınlaşıblar.

Lakin eskalator xarab olub. Tramp və onu müşayiət edənlər pillələri ayaqla qalxmalı olub.

Tramp BMT baş katibi Qutterş ilə görüşü zamanı bu hadisəni xatırladıb.

“BMT-dən aldığım yeganə şey qalxdığım eskalatorun dayanması oldu. Xoşbəxtlikdən birinci xanımla mən fit formadayıq, yoxsa yıxılacaqdıq. Qırılan eskalator və sınmış telesuflyor Birləşmiş Millətlər Təşkilatının mənə verdiyi iki şeydir”

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.