Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

“Pravoslav xristianlar müsəlmanlarla birlikdə vətəni müdafiə etdilər” –

User 24 Sentyabr 2025 - 12:24 (Last updated: 24 Sentyabr 2025 - 12:25)
seyx anim ted

“Azərbaycan həmişə milliyyətindən və hansı regiondan olmasından asılı olmayaraq bütün vətəndaşların bir ailə kimi yaşadığı tolerant və multikultural ölkə olub”.

APA xəbər verir ki, bunu Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı Dini Konfessiyalar Anım Gününün 5-ci ildönümünə həsr edilən 5-ci iclasında deyib.

O bildirib ki, Vətən müharibəsi zamanı pravoslav xristianlar müsəlman və yəhudi qardaşlarımızla birlikdə doğma yurdumuzun işğalçıdan müdafiəsinə səslərini ucaltdılar: “Birinci Qarabağ müharibəsi zamanı da bir çox rus vətəndaşı vuruşub. Onların arasında Azərbaycanın Milli Qəhrəmanlarına çevrilmiş Yuri Kovalev və İqor Makeyev var idi. Denis Pronin və Dmitri Solntsev isə İkinci Qarabağ müharibəsində həlak olublar. Biz onların adlarını həmişə xatırlayacaq, ruhlarının şad olması üçün Allahdan dua edəcəyik. Amma şəhid olan qəhrəmanları xatırlayarkən unutmamalıyıq ki, Vətənə qələbə ilə qayıdan müxtəlif millətlərdən olan insanlar bizimlə bərabər yaşayırlar. Onların bir çoxu yaralanıb, reabilitasiyadan keçib, uzun müddət müalicə olunub və sonradan əvvəlki həyatlarına qayıda biliblər. Mən onlarla görüşmüşəm”.

Aleksiy qeyd edib ki, Vətən müharibəsində qələbə ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir: “Bu bizə itirilmiş əraziləri geri qaytarmağa, təhlükəsizliyi təmin etməyə, regionlarda iqtisadi inkişafa şərait yaratmağa imkan verdi. Hökumətimiz infrastrukturun bərpası, yeni yolların, məktəblərin, xəstəxanaların tikilməsi proqramına start verib. İşğaldan azad edilən rayonların sakinləri evlərinə qayıdaraq yeni həyata başlaya biliblər. Bundan əlavə, qələbə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirib, xarici təhlükələr qarşısında öz ərazisini və əhalisini müdafiə etmək qabiliyyətini nümayiş etdirib”.

AzPost.az

Post navigation

Previous: Qadınların ən çox bəyəndiyi kişi ətirlərini açıqlandı
Next: BMT-də Tramp və İlham Əliyev arasında maraqlı dialoq

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda

User 06 Noyabr 2026 - 12:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz...
Read more about Prezident və birinci xanım Cəbrayılda
Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 06 Noyabr 2026 - 12:24
2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır islahat
  • Siyasət

2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır

User 06 Noyabr 2026 - 12:23
ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir abs gemi
  • Dünya

ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

User 06 Noyabr 2026 - 11:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.