Ölkədə muzdla çalışan 1 milyon 764 min işçi var

2025-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5375,8 min nəfər olmuş, onlardan 5096,5 min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1764,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 855,3 min nəfər, qeyri-dövlət sektorunda isə 909,6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1733,7 min nəfər çalışıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.