Rusiyada noyabrdan SIM kartlar bloklanacaq

Rusiyada SIM kartlar bloklanacaq.

AzPost bildirir ki, noyabr ayından etibarən Rusiyadakı mobil operatorlar bir nəfərə 20-dən çox nömrə qeydiyyatdan keçirildikdə SIM kartları bloklamağa başlayacaqlar. RİA Novosti-nin məlumatına görə, bu qərar ötən il qəbul edilmiş qanunvericilik dəyişikliklərinə əsaslanır.

Sənədə əsasən, mobil operatorlar 1 aprel 2025-ci il tarixindən əvvəl mobil xidmət müqavilələri imzalayan abunəçilər haqqında məlumatları və onların abunəçi nömrələrinin sayını yoxlamalıdırlar.

Mövcud qaydalar hər bir şəxs üçün 20 nömrə limitini müəyyən edir. Bu limitdən artıq olan abunəçilər artıq müqavilələrini 1 noyabr tarixinə qədər ləğv etməlidirlər. Bunu etmədikdə, həmin nömrələr üçün xidmət dayandırılacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.