Perudakı 5000 ilik çuxurların sirri açılıb

Perudakı 5200-dən çox eyni ölçülü çuxurdan ibarət qədim Monte Sierpe kompleksi həm bazar, həm də mürəkkəb mühasibat sistemi kimi fəaliyyət göstərə bilərdi.

AzPost Lenta.ru-ya istinadən xəbər verir ki, Sidney Universitetinin arxeoloqları bu nəticəyə gəliblər.

Yakob Bonqersin rəhbərlik etdiyi tədqiqat qrupu çuxurlardan götürülmüş nümunələrdə qarğıdalı, amarant və digər bitkilərin nişasta dənələri və tozcuqları, eləcə də səbət toxuma materiallarının qalıqlarını aşkar edib. Bu tapıntılar malların saxlandığını göstərir və bu da ərazinin Çinça dövründə ticarət yeri kimi xidmət etdiyi nəzəriyyəsini dəstəkləyir.

XV əsrdə İnklərin gəlişindən sonra kompleks sayma sisteminə çevrilmiş ola bilər. Arxeoloqlar çuxurların düzülüşünün ənənəvi İnk mühasibat sistemi olan kipunu xatırladan strukturlar əmələ gətirdiyini qeyd ediblər. Tədqiqatçılar Monte Sierpe-ni ticarət, nəzarət və ritual təcrübələrini birləşdirən sosial texnologiyanın nümunəsi kimi görürlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.