Ermənistanın bir qrup vətəndaş cəmiyyəti təmsilçisi 2025-ci il 21 noyabr tarixində Bakıya səfər edib. AzPost xəbər verir ki, səfər Azərbaycan nümayəndə heyətinin ötən ay—21-22 oktyabr 2025-ci ildə İrəvana etdiyi səfərin qarşılığı olaraq həyata keçirilir. Hər iki tərəfin vətəndaş cəmiyyəti üzvləri 8 avqustda Vaşinqtonda imzalanmış Birgə Bəyanamədə nəzərdə tutulan sülh gündəliyinə uyğun olaraq dialoqu davam etdirirlər.
Xatırladaq ki, 22 oktyabrda İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin iştirakı ilə ikitərəfli dəyirmi masa təşkil olunmuşdu. Görüş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə keçirilib.
Təşəbbüsün məqsədi Vaşinqton Bəyanaməsində müəyyənləşdirilən sülh çağırışlarını ictimai müstəvidə təşviq etmək və iki ölkə arasında dialoqu daha da dərinləşdirmək olub.