Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Zabitlərin hərbi xidmət müddəti 6 ay azaldılır

User 25 Noyabr 2025 - 13:42 (Last updated: 25 Noyabr 2025 - 13:42)
veteran pulu

veteran pulu

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.

Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./APA/

AzPost.az

Post navigation

Previous: Üç ay ərzində 101 mühacir Azərbaycana qaytarılıb
Next: Azərbaycanın sabiq dövlət katibinin oğlu həbs edilib

Oxşar xəbərlər

Həbs
  • Sosial

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni dələduzluq ittihamı ilə həbs olunub

User 21 Oktyabr 2026 - 10:55
adsea
  • Sosial

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

User 16 Oktyabr 2026 - 16:08
baliq
  • Sosial

Həftədə 2 dəfə balıq yemək beyin sağlamlığına necə təsir edir?

User 16 Oktyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.