Almaxanımın çıxışı yarımçıq kəsilib? –“Xəzər TV”-dən açıqlama

“Xəzər TV”-dən “İncə səhər” verilişinin yarımçıq dayandırılması ilə bağlı açıqlama verib.
“Bu gün saat 10:38-də “Xəzər TV”də “İncə Səhər” verilişinin yayımı zamanı texniki problem yaranıb. Bildiririk ki, sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib. Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb.
Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl “playout” sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihaz səviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb”.
“Xəzər TV” olaraq yaranmış narahatlığı anlayışla qarşıladıqları və efirimizi diqqətlə izlədikləri üçün izləyicilərimizə minnətdarlığımızı bildiririk.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.