Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yük daşımaları ilə məşğul olan sahibkarlar barədə qərar verildi

User 27 Noyabr 2025 - 20:29 (Last updated: 27 Noyabr 2025 - 20:29)
azerbaijani_constitution_court_konstitusiya_mehkemesi_101117

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən  bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Sumqayıt Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmin nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru N.Şükürovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələrinin tələblərinə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4, 1.0.5, 1.0.9 və 26.3-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində göstərilən inzibati xətanın subyekti deyillər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

AzPost.az

Post navigation

Previous: Qax icra hakimiyyətində bu vəzifələrə təyinat olacaq
Next: Arayik və digərlərinin məhkəməsində vəkillər bəraət verilməsini istəyiblər

Oxşar xəbərlər

adsea
  • Sosial

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

User 16 Oktyabr 2026 - 16:08
baliq
  • Sosial

Həftədə 2 dəfə balıq yemək beyin sağlamlığına necə təsir edir?

User 16 Oktyabr 2026 - 14:08
avtobus ayna
  • Sosial

“20 Yanvar” və “Şamaxinka”da bu dayanacaqların yeri dəyişdirilib

User 16 Oktyabr 2026 - 13:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.