Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Tanınmış təhsil eksperti Kamran Əsədova cinayət işi açıldı

User 12 Dekabr 2025 - 19:34 (Last updated: 12 Dekabr 2025 - 19:34)
kamran esedov

Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.

AzPost bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur.

Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.

Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.

Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.

Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.

Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.

Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.

Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.

Əsas iclas dekabrın 15-də keçiriləcək.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.

AzPost.az

Post navigation

Previous: “Real Madrid”in 9 futbolçusu La Liqada oyuna çıxa bilməyəcək
Next: CNN Tramp, Bill Klinton, Bill Geytsin qadınlarla olan fotolarını yayıb –

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər...
Read more about Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib
Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb? rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.