Ukrayna və ABŞ Berlində danışıqların ikinci mərhələsini başa vurublar.
AzPost-un məlumatına görə, bu barədə Ukrayna Prezident Aparatından DW-yə məlumat verilib.
Tərəflərdən heç biri danışıqların gedişatı ilə bağlı hələlik şərh verməyib.
Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşə gedib.
Zelenskinin 15 dekabrda Almaniya Kansleri Fridrix Merts tərəfindən də qəbul edilməsi planlaşdırılır. Bundan əlavə, Ukrayna Prezidentinin Böyük Britaniya Baş naziri Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron, NATO Baş katibi Mark Rutte və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də daxil olmaqla bir sıra Avropa liderləri ilə danışıqlar aparması planlaşdırılır.