Məşhur Hollivud rejissoru qətlindən əvvəl oğlu ilə dalaşıb

Məşhur Hollivud rejissoru Rob Reyner və həyat yoldaşı Mişelin qətli ilə bağlı yeni detallar ortaya çıxıb.

AzPost People jurnalına istinadən bildirir ki, ölümündən əvvəl Rob Reyner hazırda onun qətlində şübhəli bilinən oğlu ilə dalaşıb.

İki mənbəyə görə, 78 yaşlı Rob və 32 yaşlı oğlu Nik Konan O’Brayenin təşkil etdiyi Milad məclisində çox sərt formada mübahisə ediblər. “Nik hər kəsi qorxudur, qəribə davranır və daim onların məşhur olub-olmadığını soruşurdu”, – deyə insayder bildirib.

Davadan sonra ailə məclisi tərk edib.

Xatırladaq ki, təcili yardım xidmətləri 14 dekabrda Los-Ancelesin Brentvud məhəlləsindəki bir evdə 78 yaşlı amerikalı rejissor Rob Reyner və 68 yaşlı həyat yoldaşı Mişelin cəsədlərini aşkar ediblər. Cütlük bıçaqlanaraq öldürülüb. Onların oğlu Nik daha sonra qətl şübhəsi ilə həbs edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.